UEFA AÇ-2020-nin adı ilə bağlı vacib qərar verib.

Rekord.az xəbər verir ki, turnir 2021-ci ilə təxirə salınsa da, yarış AÇ-2020 adı altında keçiriləcək.

Bu barədə qurumun “Tvitter” hesabında məlumat paylaşılıb. 

Xatırladaq ki, UEFA koronavirus pandemiyası ilə əlaqədar AÇ-2020-ni gələn ilin yayına kimi təxirə salıb. Yarışın 11 iyun - 11 iyulda keçiriləcəyi nəzərdə tutulub. Bununla əlaqədar yarışın AÇ-2021 adı altında təşkil olunacağı gözlənilirdi.