UEFA-dan "Atletiko"nun futbolçusuna 4 oyunluq cəza
- 16 Apr 2021 12:42
- 577
UEFA "Atletiko"nun futbolçusu Stefan Saviçi 4 oyunluq cəzalandırıb.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna monteneqrolu müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi"yə 0:2 hesabı ilə uduzduqları cavab matçındakı davranışı səbəb olub.
Oyunda qırmızı vərəqə alaraq meydandan qovulan futbolçu gprüşün baş hakimi Daniele Orsatonu təhqir edib.
Matçın 82-ci dəqiqəsində rəqib futbolçusu Antonio Rudigeri dirsəyi ilə vuran Saviç UEFA-nın Nizam-intizam komitəsinin qərarı ilə avrokuboklarda 4 oyunu buraxacaq.