UEFA-dan "Ayaks"a rədd cavabı
- 02 Noy 2019 15:46
- 909
UEFA İntizam Komitəsi “Ayaks” azarkeşlərinin “Çelsi” ilə Çempionlar Liqasının səfər matçına buraxılmasına qoyulan qadağanı qüvvədə saxlayıb.
Rekord.az xəbər verir ki, bu haqda Amsterdam klubunun saytı məlumat yayıb.
Bundan başqa “Ayaks”ın ÇL-də bir ev matçının fanatlarsız keçirilməsi haqda şərti cəzanın ləğvi barədə şikayəti də rədd edilib. Əgər azarkeşlər bir il müddətində qaydaları yenə pozsa, qərar qüvvəyə minəcək.
Xatırladaq ki, hollandların cəzalandırılmasına fanatların ötən mövsüm “Benfika” ilə səfər matçındakı davranışı səbəb olub.