UEFA-dan Azərbaycan klublarına növbəti ödəniş
- 17 Dek 2019 19:40
- 781
UEFA İcraiyyə Komitəsinin 2014-cü ildə qəbul etdiyi qərara uyğun olaraq, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, FFP qaydalarına əməl edilməməsinə görə 2018/19 mövsümündə tənzimləmə müqaviləsi bağlanmış və FFP intizam cəzasına məruz qalan klublar istisna olmaqla, bütün vəsaitin UEFA-nın klub yarışlarında iştirak edən digər klublara yenidən bölüşdürülməsi qərara alınıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır. Müvafiq klublarımız üçün UEFA tərəfindən ayrılmış 73170.00 avro vəsait AFFA-nın vasitəsilə klubların hesabına köçürülüb:
“Qarabağ” – 54120.00 avro
“Keşlə” – 6350.00 avro
“Qəbələ” – 6350.00 avro
“Neftçi” – 6350.00 avro
Qeyd: “Keşlə” klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.