Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliya “Yuventus”u ilə Fransanın “Olimpik” (Lion) klubları arasındakı cavab görüşünün avqustun 7-də keçiriləcəyinə dair xəbərlər rəsmi təsdiqini tapmayıb.

Rekord.az xəbər verir ki, UEFA-dan verilən məlumata görə, nəinki bu, digər təxirə salınmış oyunlarla da bağlı heç bir rəsmi qərar qəbul olunmayıb.

Qeyd edək ki, daha öncə Fransa təmsilçisinin prezidenti Jan-Mişel Olas bu oyunun avqustun 7-də Turində təşkil olunacağını açıqlamışdı.

Xatırladaq ki, bu komandalar arasında ilk görüşdə Lion klubu “Yuventus”a qalib gəlib – 1:0.