UEFA Türkiyənin “Fənərbaxça” klubunu cəzalandırıb.

Rekord.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisinin cəzalanmasına maliyyə feyr-pleyi qərarlarına əməl etməməsi səbəb olub. Bu səbəbdən klub 2 milyon avro məbləğində cərimələnib. Bu cərimə “Fənərbaxça”nın 2020/21 və 2021/22 mövsümlərində avrokuboklardakı gəlirlərindən tutulacaq.