UEFA-dan Malta - Rusiya matçı ilə bağlı yekun qərar
- 16 Mar 2021 20:30
- 687
Futbol üzrə Malta və Rusiya yığmaları arasındakı DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilməli olan oyun təxirə salınmayacaq.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Matçın planlaşdırılan vaxtda baş tutacağı təsdiqlənib. Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər bu oyunun keçirilməsinə mane olmayacaq.
Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də baş tutacaq.