UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi
- 12 Dek 2024 14:00
- 116
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
Rekord.az xəbər verir ki, buna UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.
Qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.
Oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.