Məlum olduğu kimi, yeni mövsümdən futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında 8 komanda mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, əslində komanda sayında ciddi sıxıntı var idi.

Belə ki, say düzəlmədiyi üçün futzal federasiyası çempionatı 7, hətta 6 komanda ilə də keçirməyi düşünürmüş. Lakin UEFA-dan gələn ciddi xəbərdarlıq vəziyyəti dəyişib. Belə ki, Avropanın ali futbol qurumu AFFA-ya bildirib ki, futzal üzrə ölkə çempionatının yüksək liqasında ən azı 8 komanda olmalıdır. Daha az komandanın mübarizəsi yolverilməzdi. Yalnız bundan sonra güc-bəla 8-ci komandanı çempionata qatmaq mümkün olub.