Bu gün UEFA Gənclər Liqasında Çempionlar Yolunun 1-ci mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Püşkatmada Azərbaycan təmsilçisi “Qəbələ”nin də rəqibi bəlli olub.

“Qırmızı-qaralar” ilk mərhələdə Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq.

“Qəbələ” ilk oyununu sentyabrın 29-da, evdə keçirəcək. Cavab oyunu isə oktyabrın 20-də olacaq.