UEFA İbrahimoviçlə bağlı araşdırmaya başladı
- 27 Apr 2021 12:42
- 549
UEFA İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin mərc oyunları biznesində iştirakını araşdıracaq.
Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq UEFA bunun üçün İntizam Reqlamentinin 31-ci maddəsinin 4-cü bəndinə əsasən, xüsusi müfəttiş təyin edib.
40 yaşlı forvard 2018-ci ildən özünə məxsus "Unknown AB" şirkəti vasitəsilə "Bethard" bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib. Bu bəndə görə mərc oyunları ilə əlaqəsi olan futbolçular bu UEFA və FİFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə "Milan"la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub. Əgər oyunçunun günahı sübuta olunarsa, onun futbolla bağlı fəaliyyətinə 3 illik qadağa qoyulacaq.
Qeyd edək ki, "Bethard" mərc oyunları şirkəti Maltada qeydiyyatdan keçib. Bukmeyker kontoru 2019-cu ildə 30 milyon avro xalis mənfəət əldə edib. İbrahimoviç isə 2018-ci ildən bu şirkətin 10 faizinin sahibidir.