İsrailin "Makkabi" (Təl-Əviv) və Ukraynanın "Zarya" komandaları arasında keçirilməsi planlaşdırılan UEFA Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunun oyunu təxirə salınıb.

Rekord.az "TaToTake"ə istinadən xəbər verir ki, qarşılaşmanın noyabrın 25-də baş tutacağı gözlənilir.

Matçın yerini Təl-Əviv təmsilçisi müəyyənləşdirəcək.

"Makkabi" - "Zarya" görüşü oktyabrın 25-də baş tutmalı idi. Lakin oyun son günlər Qəzza zolağında başverənlər səbəbindən təyin olunan vaxtda gerçəkləşməyəcək.