UEFA Latviya – Uels oyununu azərbaycanlı hakimlərə tapşırdı
- 10 Sen 2023 13:00
- 411
FIFA referisi Rauf Cabarov təyinat alıb.
Rekord.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də keçiriləcək Latviya – Uels qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.