Futbol üzrə UEFA Millətlər Liqasında 2020/21 mövsümünün final mərhələsinin tarixi açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşmalar gələn il 6 - 10 oktyabr aralığında keçiriləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Hazırda İtaliya, Niderland və Polşa həlledici mərhələyə ev sahibliyi etməkdə maraqlıdır.