Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Monteneqro - Azərbaycan matçının təyinatları açıqlanıb. 

Rekord.az xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Rikardo de Burqos Benqoeçea təyin olunub. Ona yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömə edəcək. Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək.

Hakim-inspektor Fransadan olan erməni əsilli Paskal Qaribiyan təyin olunub. UEFA nümayəndəsi isə Serbiyadan İqor Radoyiçiç olacaq. 

Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.