![photo](https://www.rekord.az/storage/uploads/4/affa-10.jpg)
UEFA müdaxilə etdi, AFFA ləğv elədi
- 29 Avq 2023 14:00
- 893
Fritz Ştuxlikin vaxtında AFFA Hakimlər Komitəsi belə qərar qəbul etmişdi ki, hər hakim oyundan sonra verdiyi qərarlarla bağlı ictimaiyyətə açıqlama verməli idi.
Lakin Rekord.az xəbər verir ki, bir müddət sonra bu qərar ləğv olundu.
Saytımıza daxil olan məlumata görə, qərar UEFA-nın müdaxiləsi nəticəsində ləğv olunub. Belə ki, məsələdən xəbər tutan UEFA bunun düzgün qərar olmadığını və hakimləri nüfuzdan saldığını bildirib. Bu müdaxilədən sonra AFFA qərarı ləğv edib.