UEFA “Neftçi” klubunu cərimələyib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-də 8-ci km stadionunda keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub. Ali futbol qurumu, bu səbəblə paytaxt klubunu 40 min avro dəyərində cərimələyib.

Avqustun 15-də “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan “Neftçi” Avropa Liqasında mübarizəni dayandırmışdı.