UEFA Niderlandın “Villem II” klubunu Avropa Liqasına qatılmaqdan məhrum edə bilər.

Rekord.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.

Reqlamentə görə, Avroliqanın 2-ci təsnifat mərhələsində iştirak hüququ ölkə kubokunu qazanan kluba verilir. Ancaq kubokun finalı ləğv edildiyi üçün bu hüquq Niderland Futbol Federasiyasının qərarı ilə  “Villem II” klubuna verilib.

Bildirilir ki, UEFA bu qərarları qəbul etməyə bilər. Belə olan halda isə Niderlandın gələn mövsüm avrokuboklarda beşinci iştirakçıdan məhrum edilməsi ehtimalı var.

Xatırladaq ki, koronavirus pandemiyasına görə Niderland çempionatında mövsüm ləğv olunub.