UEFA ötən mövsümün ən yaxşı futbolçusu və məşqçisi adına namizədlərin yekun siyahısını açıqlayıb.

Rekord.az xəbər verir ki, siyahıda 3 oyunçu və 3 məşqçi yer alıb.

Futbolçular arasında ötən mövsümün ən yaxşısı adına İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, həmçinin İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin de Brüyne namizəddir.

Ötən mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər isə Karlo Ançelotti (“Real”, İspaniya), Xosep Qvardiola (“Mançester Siti”, İngiltərə) və Yurgen Kloppdur (“Liverpul”, İngiltərə).

Qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin İstanbul şəhərində baş tutacaq püşkatma mərasimində açıqlanacaq.