UEFA PFL-i çətin vəziyyətdə qoydu
- 03 Apr 2020 15:44
- 876
UEFA yerli çempionatlarla bağlı quruma üzv olan milli assosiasiyalara xəbərdarlıq edib.
Rekord.az xəbər verir ki, bu barədə futbol agenti Marko Trabukki özünün "Twitter" hesabında paylaşım edib.
İtaliyalı menecerin sözlərinə görə, qitə futbol qurumu çempionatı başa çatdırılmayan ölkələrin klublarını avrokuboklara buraxmayacağını açıqlayıb. O, UEFA-nın artıq bütün federasiyaları məlumatlandırdığını vurğulayıb.
Hazırda Avropada Belurus çempionatından başqa bütün liqalar dayandırılıb. Belçika Futbol Federasiyası dünən cari mövsümün davam etdirilməyəcəyini və lider "Brügge"nin çempion elan olunduğunu açıqlayıb.