UEFA prezidenti Aleksandr Çeferin koronavirus səbəbiylə dayandırılan ölkə çempionatları ilə bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, “Corriere della Sera”ya danışan qurum rəhbəri, liqaların bərpa olunma ehtimalı ilə bağlı bunları deyib:

“Mövsümü tamamlaya bilməyəcəyimizi demək tezdi. Bunun təsiri çox böyük olar. Hökumətin qərarlarına hörmət etməli və oyunları keçirə biləcək imkan olanadək gözləməliyik. Hər zaman başlaya biləcəyimiz vaxtlarla bağlı variantları nəzərdən keçiririk. Mövsümü sentyabr və ya oktyabr ayında tamamlamağın çətin olduğunu düşünürəm. Bu, növbəti mövsümə təsir edər”.