UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqasından imtina etməyən klublara növbəti dəfə xəbərdarlıq edib.

Rekord.az xəbər verir ki, O, "Associated Press"ə açıqlamasında "Real" və "Barselona"nı  Avrokuboklardan kənarda saxlamaqla hədələyib:

"Desələr ki, biz turnirdən çıxmırıq, Çempionlar Liqasında oynamayacaqlar. Buna hazırdırlarsa, öz Superliqalarında mübarizə apara bilərlər".

Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb..