
UEFA “Qarabağ”ı cərimələdi
- 02 Mar 2025 12:40
- 140
UEFA-nın İntizam Komitəsi "Qarabağ"ı cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Cəzaya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda "Olimpiakos"la matçda baş vermiş müxtəlif pozuntular səbəb olub. Ağdam təmsilçisi "komandanın intizamsız davranışına" görə 9 min avro cərimələnib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğdə cəzaya məruz qalıb.
Xatırladaq ki, sözügedən matç "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.