UEFA Gənclər Liqasının 2023/2024-cü illər mövsümünün ödəniş siyasətinə uyğun olaraq, 30 000 (otuz min) avro vəsait UEFA tərəfindən AFFA-nın vasitəçiliyi ilə “Qəbələ” klubunun hesabına köçürülüb.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “Qəbələ”nin U-19 komandası bu mövsüm ilk mərhələni uğurla keçsə də, ikinci təsnifat mərhələsində uduzaraq mübarizəni dayandırıb.