UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı Xorvatiya millisinin və “Milan”ın üzvü Ante Rebiçlə bağlı yeni qərar verib.


 

Rekord.az xəbər verir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib. 


 
Rebiç “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin “Strasburq”la oyunda (3:0) hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanmışdı.


 
Qeyd edək ki, Rebiç "Milan"da icarə əsasında çıxış edir.