UEFA reytinqi: Azərbaycan bu dəfə xalsız qaldı
- 27 Okt 2023 10:45
- 326
Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.
Rekord.az xəbər verir ki, buna “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” komandasına 1:5 hesabı ilə məğlub olması səbəb olub.
Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir. Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.
Reytinq cədvəlinə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü pillədə qərarlaşıb.