“Neftçi” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

Rekord.az xəbər verir ki, Bakı klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la səfərdə 2:2 hesablı heç-heçə edərək buna nail olub.

Sarayevoda baş tutan görüşdəki bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,875-ə çatıb.

“Qəbələ” isə bu turnir çərçivəsində öz meydanında Kipr klubu “Omoniya”ya uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,125-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,125 reytinq xalına malikdir.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.