UEFA Ronaldonu cəzalandıracaq?
- 30 Mar 2021 16:22
- 587
FİFA Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu cəzalandıra bilər.
Rekord.az xəbər verir ki, buna dəbəb 36 yaşlı hücumçunun DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda Serbiya ilə görüşdə aqressiv davranmasıdır.
Sözügedən qarşılaşmanın 90+3-cü dəqiqəsində onun təmiz qolu hakim tərəfindən qeydə alınmadığı üçün Ronaldo referiyə sərt şəkildə etirazını bildirib, hələ oyun bitmədən kapitanlıq sarğısını yerə tullayaraq, paltardəyişmə otağına getmişdi.
Nəticədə hakim onu sarı vərəqə göstərmişdi. Xəbərdə qeyd olunur ki, dünyanın ali futbol qurumu Ronaldonun belə hərəkətlərini "hücum və ya zorakı" davranış kimi qəbul edərək, cəzalandıra bilər.
Hazırda məsələ FİFA İntizam Qanunlarının 11-ci maddəsi üzərindən araşdırılır. Əgər oyunçu cəzalanarsa, 1 və ya 2 matçı buraxacaq.
Serbiya - Portuqaliya görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.