UEFA Rumıniya millisi ilə intizam işi açdı
- 21 Noy 2019 18:40
- 818
UEFA AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində keçirilən Rumıniya – İsveç oyunu ilə bağlı intizam işi açıb.
Rekord.az xəbər verir ki, buna oyun zamanı yerli azarkeşlərin İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın 78-ci dəqiqəsində meydana girən 20 yaşlı hücumçu yerli azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb və hakim oyunu bir dəqiqəlik dayandırıb.
Rumıniya – İsveç matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.