UEFA səfər qadağasını ləğv etdi
- 07 Sen 2021 15:40
- 510
UEFA avrokubokların qrup mərhələsindən etibarən qonaq komandaların azarkeşlərinin stadiona buraxılmasına icazə verib.
Rekord.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, UEFA İcraiyyə Komitəsinin çıxardığı sonuncu qərara əsasən, bu qadağa ləğv olunub. Qərarda o da xüsusi vurğulanıb ki, ölkələrin səlahiyyətli orqanları icazə verəcəyi təqdirdə səfər komandalarının fanatları tribunalara buraxılacaq. Amma qonaq azarkeşlərin sayı stadionların ümumi tutumunun 5 faizindən artıq olmayacaq.
Xatırladaq ki, UEFA qonaq komandaların stadionlara buraxılmasını koronavirus pandemiyası ilə əlaqədar qəbul etmişdi.
Azərbaycanı Konfrans Liqasında təmsil edən “Qarabağ” İsveçrənin “Bazel”, Kiprin “Omoniya” və Qazaxıstanın “Kayrat” klubu ilə birlikdə H qrupunda mübarizə aparacaq.