UEFA “Sivasspor” - “Qarabağ” matçının hakimlərini dəyişdi
- 04 Noy 2020 16:20
- 632
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyə “Sivasspor”u ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək matçın hakimləri dəyişib.
Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlərə tapşırılıb.
Oyunun baş hakimi Sandro Şörer təyin olunub. Ona Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.
UEFA 4-cü hakimi dəyişdirməyib. Ehtiyat hakim funksiyasını öncədən təyin olunduğu kimi, Portuqaliyadan olan Yanku Yoan Vasilitsa yerinə yetirəcək.
Avropa futbol qurumu daha əvvəl oyunu Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlərə tapşırmışdı.