UEFA "Sumqayıt" klubunu cərimələyib.

Rekord.az xəbər verir ki, buna komandanın evdə Macarıstanın "Fehervar" kollektivinə uduzduğu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında meydana yad əşyaların atılması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi 5 250 avro ziyana düşüb.

Avropa futbol qurumu beş futbolçusu sözügedən qarşılaşmada vərəqə gördüyü üçün Samir Abasovun baş məşqçisi olduğu kollektivə xəbərdarlıq da edib. (Report)

Görüş "Sumqayıt"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan komanda turnirlə vidalaşmalı olub.