İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək UEFA Super Kuboku matçına buraxılacaq azarkeş sayı açıqlanıb.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 11-də, Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək oyuna maksimum 13 min azarkeş buraxılacaq.

Avqustun 11-də keçiriləcək “Çelsi” – “Vilyarreal” matçı saat 23:00-da başlayacaq.