Bir çox böyük turnirlərə evsahibliyi etmiş Bakının bu dəfə daha bir supermatçı qəbul etmək variantı var.

 

“Rekord.az”-ın əldə etdiyi məlumata görə, AFFA 2026-cı ilin UEFA Superkuboku matçını paytaxtımızda keçirmək üçün addımlar atmağı düşünür. Qurum hələ ki, müzakirələr aparır, qarşılaşmanın təşkilati məsələlərini götür-qoy edir.

 

Bakıya təyin olunarsa, UEFA Superkuboku matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.