UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatoya) oyunu ilə bağlı yeni qərar verib.

Rekord.az xəbər verir ki, qitənin ali futbol qurumu bugün keçirilməli oyunu təxirə salmışdı. Buna avqustun 7-də Afinada iki klubun azarkeşlərinin iştirakı ilə iğtişaş səbəb olmuşdu. Həmin hadisə zamanı AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

UEFA-nın yeni qərarına əsasən, bu komandalar arasında ilk oyun avqustun 15-i Zaqrebdə, cavab matçı isə avqustun 19-u Afinada olacaq. "Dinamo"nun yaydığı açıqlamaya görə, hər iki oyun azarkeşlərin iştirakı olmadan keçiriləcək.