UEFA türk futbolçuların əsgər salamı ilə bağlı qərarını açıqladı
- 13 Dek 2019 10:30
- 818
UEFA futbol üzrə Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.
Rekord.az xəbər verir ki, qitə futbol qurumu bu məsələ ilə bağlı qardaş ölkə yığmasına heç bir cəza tətbiq etməyib.
Türkiyə millisinin futbolçuları AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi.
Qeyd edək ki, Türkiyə millisi AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanıb. Sözügedən komanda qitə birinciliyinin qrup mərhələsindəki iki matçını Bakıda keçirəcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda baş tutacaq.