UEFA hər il tək uşaq futbolu və hakimlər üçün Azərbaycana maliyyə yardımı ayırmır.

 

Etibarlı mənbədən Rekord.az-a daxil olan məlumata görə, Avropanın ali futbol qurumu eyni zamanda veteran futbolçular üçün da vəsait ayırırmış.

 

Məbləğ isə 90 min avrodur. Görünür, Nazim Süleymanovun 250 minlik ittihamına cavab verərkən veteran futbolçular ittifaqının sədri Oqtay Abdullayev məbləğin 250 yox, 180-200 min olduğunu nəzərdə tutarkən məhz UEFA-dan gələn məbləği nəzərdə tutub. Görünən budur ki, AFFA UEFA-dan gələn 90 min avronu manata çevirib veteranlar üçün ayırır. Lakin bununla yanaşı, federasiyanın öz büdcəsindən ayrılan əlavə 230-250 min manat arxa plana keçilir. Hansı ki həmin vəsait büdcə hesablamasında və illik hesabatda sənədlərdə qeyd olunur. Lakin fakt odur ki, sənəddə veteranlara ayırıldığı deyilən 230-250 min manatdan 1 qəpik də aidiyatı yerə xərclənmir. Hara xərclənir, bu artıq araşdırma mövzusudur.