UEFA-ya qarşı sərt ittihamlar: "Yaxşı əlaqələr, dostluq, korrupsiya..."
- 08 İyl 2021 13:45
- 517
İsveçli sabiq FİFA referisi Yunas Eriksson UEFA-nı korrupsiyada ittiham edib.
Rekord.az xəbər verir ki, o, bu ittihamları özünün İnstaqram səhifəsindəki paylaşımında bildirib. Eriksson yazıb:
“Mənim Portuqaliya ilə Uels arasında Avropa çempionatının yarımfinal oyununu idarə etməyimdən 5 il keçir. Biz bu görüşü idarə etməkdən sevinib şərəf duysaq da, sonra məyus olduq. Çünki finala təyinat almadıq. Məndən tez-tez soruşurlar: “Finala hakimləri necə seçirlər? Göstəricilərə, az səhvlər etdiyinə görə? Əslində kim hakimlərə qiymət verir?” Həqiqət odur ki, çox şey qaranlıqdır. İndi biz dostluğun, korrupsiyanın, milliyyətçiliyin rol oynadığı saxta bir dünyadayıq. Heç də həmişə yaxşı nəticələr göstərən, reytinqi yüksək olan və ya birinci yeri tutan hakimlərə etimad göstərilmir. Bu dəfə bir səhvi belə olmayan turnirin ən yaxşı hakim artıq evə göndərilib. Qərar isə UEFA-nın yüksək rəhbərliyi tərəfindən qəbul olunub və Avropa çempionatındakı çıxışla əlaqəli deyil. Bu faktdan xəbəri olmayan, amma idarəçiliyi davam etdirən digər hakimlərin isə yaxşı əlaqələri, əla siyasi dəstəkləri var və ya vacib ölkələrdən gəliblər”.
O qeyd edib ki, finala təyinat alanlar heç də turnirin ən yaxşı hakimləri olmurlar: “Bu çürük dünya mədəniyyətdən uzaqdır. Və mən çox sevinirəm ki, üç il əvvəl hakimlik etməyi dayandırmışam”.