Bakıda bir gündə 3 avrokubok matçının keçirilməsi məsələsi gündəmdən düşmür. Rekord.az AFFA ilə UEFA arasında bu barədə danışıqlar getdiyi barədə məlumat vermişdi. 

 

Artıq UEFA-nın da mövqeyi bəllidi. AFFA-nın mətbuat katibi Elnur Məmmədli Rekord.az-a açıqlama verərək hər 3 oyunun bir gündə keçiriləcəyini bildirib: "Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin".