Uels millisi Bakıya gəlmək üçün çarter bron etdi
- 10 Dek 2019 16:25
- 835
Avro-2020-nin Bakıda keçiriləcək oyunları üçün Uelsdən Bakıya çarter reysləri təşkil olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyu Perton “Business Airport” portalına bildirib.
Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasından sonra çoxlu sifariş alıblar: “Püşkatmadan bəri telefonlarımız susmur. Əsasən də futbol federasiyaları və azarkeşlər tərəfindən zənglər olur. Aralarında 4 günlük fərq olacaq matçlara yetişmək üçün uzaq məsafə qət etmək lazımdır. Kardiffdən Bakıya qədər 2500 mil (4000 km) məsafə var. Romadan Azərbaycanın paytaxtına isə məsafə 2000 mil (3200 km) təşkil edir. Biz artıq qarşıdakı pley-off görüşləri üçün çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün isə artıq 40 çarter reysi bron edilib”.
Qeyd edək ki, Uels millisi Avro-2020-nin A qrupunda iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.