Uelsin ABŞ-la, İspaniyanın Niderlandla yoldaşlıq oyunu ləğv olundu
- 13 Mar 2020 17:17
- 622
Futbol üzrə Uels yığmasının ABŞ-la martın 30-na nəzərdə tutulan yoldaşlıq oyunu baş tutmayacaq.
Rekord.az Uels Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna ABŞ yığmasının koronavirus pandemiyasına görə mart və aprel aylarına nəzərdə tutulan bütün matçlarının ləğv edilməsi səbəb olub.
Oyuna bilet alan azarkeşlərin pulları geri qaytarılacaq.
Qeyd edək ki, Uels millisi AÇ-2020-də yer aldığı A qrupunun iki oyununu Bakıda keçirəcək. Britaniyalılar iyunun 13-də Bakı Olimpiya Stadionunda İsveçrə, 17-də isə Türkiyə yığması ilə oynayacaq.
Niderland və İspaniya yığmaları arasında martın 29-da keçirilməsi nəzərdə tutulan yoxlama qarşılaşması da koronavirusa görə təxirə salınıb. Bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb. Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilməsi nəzərdə tutulan oyunun nə vaxt tutacağı açaıqlanmayıb.