Uelsin Azərbaycanla oyun üçün heyəti
- 05 Noy 2019 17:40
- 834
Futbol üzrə Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının heyəti açıqlanıb.
Rekord.az yerli federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində noyabrın 16-da Azərbaycan və 19-da Macarıstanla keçiriləcək oyunlar üçün 27 futbolçuya dəvət göndərib:
Qapıçılar: Ueyn Hennessi (“Kristal Pelas”, İngiltərə), Denni Uord (“Lester”, İngiltərə), Adam Devis (“Stok Siti”, İngiltərə);
Müdafiəçilər: Ben Deyvis (“Tottenhem”, İngiltərə), Neyl Teylor (“Aston Villa”, İngiltərə), Ceyms Lourens (“Anderlext”, Belçika), Eşli Uilyams (“Bristol Siti”, İngiltərə), Konnor Roberts (“Suonsi”), Kris Mefam (“Bornmut”, İngiltərə), Tom Lokyer (“Çarlton”, İngiltərə), Kris Qanter (“Ridinq”, İngiltərə), Reqan Pul (“Milton Keys Dons”, İngiltərə);
Yarımmüdafiəçilər: Co Allen (“Stok Siti”, İngiltərə), Etan Ampadu (“Leyptsiq”, Almaniya), Uill Volks (“Kardiff Siti”), Mettyu Smit (“Kuinz Park Reyncers”, İngiltərə), Aaron Remsi (“Yuventus”, İtaliya), Co Morrell (“Linkoln”, İngiltərə), Dilan Levit (“Mançester Yunayted”, İngiltərə);
Hücumçular: Harri Uilson (“Bornmut”, İngiltərə), Daniel Ceyms (“Mançester Yunayted”, İngiltərə), Tom Lourens (“Derbi”, İngiltərə), Robbi Matondo (“Şalke”, Almaniya), Qaret Beyl (“Real” Madrid, İspaniya), Tayler Roberts (“Lids”, İngiltərə), Kiffer Mur (“Viqan”, İngiltərə), Sem Vouks (“Stok Siti”, İngiltərə).
Azərbaycan – Uels oyunu noyabrın 16-da, 8-ci km stadionunda keçiriləcək.