İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi açıqlanıb.

Rekord.az xəbər verir ki, klub baş məşqçi səlahiyyətlərini icra edən Ueyn Runi ilə müqavilə imzalayıb.

Onun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ueyn Runi 2020-ci ildən "Derbi Kaunti"nin formasını geyinirdi. İngiltərə yığmasının keçmiş üzvü "Mançester Yunayted"dəki çıxışı ilə məşhurlaşıb. O, 2020-ci ilin noyabr ayında Filipp Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirirdi.