Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü
- 11 Noy 2019 13:22
- 743
Futbol üzrə Türkiyə 1-ci liqasında 11-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb.
“Altınordu” hazırda 7 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.