Ufuk izlədi, “Altınordu” 5 qola üzüldü
- 06 Dek 2019 11:41
- 777
Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Ufuk Budakın formasını geyindiyi “Altınordu” da bu turnirdə növbəti maçtına çıxıb.
Sözügedən komanda doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Ufukun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 3:5.
Budak bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bu komandalar arasındakı cavab görüşü dekabrın 19-da Dənizlidə keçiriləcək.