Uğursuz-88 YAZI
- 06 May 2020 11:00
- 992
Bildiyiniz kimi, bu futbol üzrə Azərbaycan çempionatının yubiley mövsümüdür. 20 il bundan əvvəl, SSRİ-nin süqutundan sonra keçmiş SSRİ-nin digər 14 ölkəsində olduğu kimi Azərbaycanda da müstəqil çempionat keçirilməyə başladı. O gündən bu günə keçən dövrdə bir sıra komandalar Azərbaycan çempionu adını qazanıblar. Konkret olaraq, “Neftçi”, “Qarabağ”, “Turan”, “Kəpəz”, “Şəmkir”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter” kimi komandalar ölkə çempionatının qızıl medallarını qazanıblar. Təbii, ilk milli çempionatdan bu yana çox şey dəyişib.Əgər 20 il bundan əvvəl futbolçular bəzən aylarla maaş ala bilmirdilərsə, yaxud hakimlər qəpik-quruşa hakimlik edirdilərsə, indi vəziyyət tamma başqadır. Düzdür, bu gün də futbolumuzda yetərincəm problemlər var. Ancaq 20 il əvvəllə müqayisədə olan müsbət dəyişiklikləri də qeyd etməmək imkansızlıq olar. Ən azından klubların maddi imkanları qat-qat yüksəlib, yeni meydançalar, bazalar tikilib və tikilməkdə də davam edir. Hakimlərin təhlükəsizliklərinin təmini, idarəçiliklərinə görə aldıqları qonararların məbləği xeyli artıb. Ümumiyyətlə, “Çempion”u bəlkə də digər mətbuat orqanlarından fərqləndirən əsas xüsusiyyətlərdən biri də, futbolumuzun tarixi günlərində xüsusi yazılar dərcv etməkdir. Məsələn, ötən il futbolumuzun 100 iliyinin tamma olması münasibətiylə bir müddət “Azərbaycan futbolu-100” silsiləsindən yazılar getdi. İndi də milli futbol çempionarımızın 20 illik yubileyi ilə əlaqədar olaraq, əimizdə olan tarixi faktları sizlərlə bölüşmək istəyirik. Hər kəs bilir ki, sovet dövrü ölkənin bir nömrəli komandası “Neftçi” idi. Bu komanda müasir dillə desək, ölkənin milli komandası rolunu oynayırdı. Ölkənin bütün komandaları, futbol məktəbləri bu kluba işləyirdi, ona oyunçu yetişdirməklə məşğul olurdu. Bütün ölkə isə yalnız və yalnız “Neftçi”yə azarkeşlik edirdi. Paytaxt klubunun SSRİ-i çempionatımnda keçirdiyi son illəri isə qətiyyən uğurlu saymaq olmazdı. 80-ci illərtin sonuan doğru uğursuz çıxış edərək güclülər dəstəsini tərk edən paytaxt klubu I dəstəyə düşdü. Ümumiyyətlə 80-cı illərin sonu Azərbaycan üçün ölkə olaraq gərgin və dramatik keçirdi. Dağlıq Qarabağda baş verənlər, Qərbi Azərbaycanda yaşayan həmyerlilərimizin doğma yurd yuvalarından deportasiya edilməsi və s. Sanki futbolumuz da bu gərginlikdən geri qalmamağa qərar vermişdi. Bu mənada az öncə qeyd etdiyimiz kimi, 1988-ci il Azərbaycan üçün bütün sahələrdə olduğu kimi, futbola da təsirsiz ötüşməyən hadisələrin başlanğıcı oldu. Dağlıq Qarabağda rusn silahlılarının da köməyi ilə ermənilərin ərazi iddiaları ilə çıxış etməsi bütün respublikanın diqqətini bu bölgəyə yönəltdi. Buna görə görə, futbol əvvəlki illərd olduğu kimi, heç də ön planda deyildi. Komanda çempionat ərəfəsində də lazımı təlim-məşq toplanışını keçirə bilmədi. Ütəlik, ölkə ərazisində döyüşlərin getməsi, Bakıda tez-tez mitinqlərin keçirilməsi SSRİ Futbol Federasiyası üçün də yaxşı bəhanə oldu. Onsuz da neçə illərdir bakılıları “vurmaq” üçün fürsət axtaran futbol məmurları respublikada sabitliyin olmamasını əsas gətirib “Neftçi”nin birinci dövrədəki oyunlarının əksəriyyətinin səfərdə keçirilməsi haqda qərar çıxardı. Bu vəziyyətdə “Neftçi”sevərlər əziyyətlərə qatlaşmağa hazır olsalar da, daim səfərdə zəif oynaması ilə seçilən bakılılara bu qərar böyük zərbə oldu. Uzun müddət komandanın şərəfini layiqincə qorumuş qapıçı Aleksandr Jidkov da Valeriy Lobanovskinin dəvətini qəbul edib Kiyevə yollandı. Ağır zədə alan Yaşar Vahabzadə mövsümün sonuan yaxın bir neçə oyunda meydançaya çıxa bilsə də, Mehman Allahverdiyev mövsümün sonunadək heyətə qayıda bilmədi. Səfər oyunlaında da nəticələr bir-birindən ağır gəlirdi. Həm uğursuzluq, həm də respublikada baş verənlər futbolçuların bütün diqqətini oyunlara yönəltməsinə mane olurdu. Baş məşqçi Ağasəlim Mircavadov üçün də komandanı toparlamaq çox çətin idi. Gah bir şəhərdə, gah o birində meydançaya çıxmaq, saysız uçuşlar futbolçuları da əldən saldı. Uğursuz keçən birinci dövrədən sonra həm Azərbaycan SSRİ-nin Futbol Federasiyasının prezidenti Tofiq Fətullayev, həm Ağasəlim Mircavadov, həm də SSRİ-nin Olimpiya yığmasına cəlb olunan İqor Ponoçaryov “İdman” qəzetinə müsahibələrində ikinci dövrədə lazımı nəticələri qazanıb güclülər dəstəsində qalacaqlarına söz vermişdilər. Bunun üçün də son şans çempionatın axırında yetişdi. Baxmayaraq ki, Ponomaryovla birlikdə olimpiya yığmasının heyətində Pekində beynəlxalq turnirdə çıxış edən kapitan Yunis Hüseynov zədələnərək bir neçə matçda meydançaya çıxa bilmədi. Komandanın son 9 turun oyunlarının 8-ni Bakıda keçirməsi böyük üstünlük idi. Amma elə bu zaman gözlənilməz hadisələr baş verdi. Heç bir əsası olmadan Mircavadovu “səhhətində baş verən problemlərə görə öz ərizəsi ilə” işdən azad etdilər. İndi həmin dövrü xatırlayan təcrübəli məşqçinin sözlərindən başa düşmək olar ki, heç də hər şey rəsmi sənədlərdə göstərildyi kimi olmayıb: “Birinci dövrədə əsas oyunları səfərdə keçirdiyimizdən xal itklərimiz çox olmuşdu. Amma son oyunların hamısını Bakıda keçirəəcyimizdən rəhbərliyə bildirdim ki, bu görüşləri udub güclülər dəstəsində qalacağımıza söz verirəm. Futbolçular da məni dəstəkləyirdi. Heç bir səbəb göstərmədən məni azad etdilər”. Hadisələr elə gözlənilməz baş verdi ki, komandaya kimin rəhbərlik edəcəyi məlum olmadı. Qısa zaman üçün bu, keçmiş kapitan Rəşid Özbəyova tapşırılsa da, tezliklə məşqçilər şurası yaradıldı. Amma belə ağır vaxtda, hər şeyin liderlərin həll etməsinin vacib olduğu dövrlərdə bir neçə məşqçinin olması komandanı pis vəziyyətə saldı. Çıxış yolunu futbolumuzun yetirməsi, bir vaxtlar kapitan kimi uzun müddət “Neftçi”nin lideri olmuş Yuri Kuznetsovun Moskvadan baş məşqçi vəziufəsinə dəvət edilməsində gördülər. Amma hər gələnin heyətdə və taktikada dəyişiklik etməsi, uyğunlaşma prosesisə vaxt itirməsi nəticəsində xallar bir-bir əldən getməkdə idi. Peşəkar komandada işləmək təcrübəsi olmayan Kuznetsov gələn kimi gündə bir dəfəli məşqə keçdi. Hətta futbolçuların xatirələrinə görə yeni məşqçinin gəlməsi komandada rejimin pozulması, məsuliyyətin və tələbkarlığın azalmasına gətirib çıxardı.
Taleyi üçün həlledici olan “ev oyunları” seriyasının ilk oyununu “Zenit”ə qarşı keçirən “Neftçi” çətinliklə də osla hesabı açdı. Az kçemiş meydançaya yenicə daxil olmuş Vidadi Rzayev küncdən zərbə zamanı müdafiəçilərimizə kömək etməkmistəyərkən topu öz qapısına vurdu. Bir qədər sonra isə, paytaxt klubunun müdafiəçilərinin daha bir səhvi leninqradlılara qələbə gətirən topun buraxılması ilə nəticələndi. Minsk “Dinamo”su üzərində 2:0 hesablı qələbənin qazanılması futbolçularda əhval-ruhiyyənin düzəlməsinə səbəb osla da, paytaxt “Dinamo”su ilə matç gözlənilməz nəticə ilə bitdi. Oyunnoyu meydança sahibləri üstün olsa da, gənc Arif Əsədovun cərimə meydançasında rəqibdən topu almaq istərkən azacıq ehtiyatsızlığı “Neftçi”nin qapısına penalti təyin olunması ilə nəticələndi. İqor Dobrovolski isə bu şansı qaçırmadı. Bu məğlubiyyət bakılıları tamam ruhdan saldı., komandada da kimlərəsə lazım olan çaxnaşmalar baş verdi. Nəticədə çempionatın bitiminə üç tur qalmış Özbəyovla mübahisə üzündən futbolumuzun uzun illər liderim olmuş, həmişə “Neftçi”nin əsas yükünü çiyinlərində daşımış İsgəndər Cavadov “Neftçi”dən getdi. Artıq mitinq meydanlarına axışan insanlar da futbol meydanlarına gəlməkdə maraqlı deyildilər və son oyunları demək olar ki, boş tribunalar önündə kçeirən bakılılar birinci dəstəyə düşməkdən qurtula bilmədilər. Çempionat başa çatar-çatmaz isə Kuznetsov komandanı tərk edib Bakıdakı şəxsi işlərini də yekunlaşdırıb Moskvaya qayıtdı.
Çingiz İsmayılovun xatirələrindən...
Uzun illər futbolçu kimi “Neftçi”nin qapısını qorumuş, sonradan isə komandanın rəisi vəzifəsində işləmiş AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov öz xatirələrində həmin dövrü bu cür təsəvvür edib: “1988-ci ildə Bakıda “Dinamo”nu (Moskva) qəbul edirdik. Hakim Bezubyak dedi ki, yuxarıdan göstəriş var: “Dinamo” udmalıdır. Olimpiya oyunlarından sonra “Dinamo”nun vəziyyəti çox pis idi. “Neftçi”yə uduzsaydı birinci dəstəyə düşürdü. Amma hakimlər buna imkan vermədilər və komandamızı əməlli-başlı “sındırdılar”. Həm də birinci dövrənin bütün oyunlarını komanda səfərdə oynamışdı. Olimpiada ilə əlaqədar çempionatda fasilə yarandı. Bu müddətdə komandanı gücləndirmək istədilər. Bakıdakı dostların vasitəçiliyi ilə Kuznetsovu gətirdilər. Heç mən də bilmirdim ki, Kuznetsovu baş məşqçi qoyacaqlar. Sən demə o, komandanı güclülər dəstəsində saxlamaqla bağlı söz veribmiş. Özü də Kuznetsov ehtiyat oyunçular skamyasında oturmurdu. Fəxri tribunanın yanında otururdu. Oradan isə ehtiyat oyunçular skamyasının yanına telefon xətti çəkimişdi. Telefonla köməkçisi Rəşid Özbəyova göstərişlərini verirdi. Amma birinci dövrəni səfərdə keçirməyimiz komandanın dağılmasının əsas səbəbi oldu. Həmişə səfərdə zəif oynayan “Neftçi” bu oyunlarda xal toplamaqda çətinlik çəkirdi. Ona görə də komandada ruh düşkünlüyü yarandı. Bu da sonda güclülər dəstəsinin tərk edilməsi ilə nəticələndi”.