İngiltərənin "Arsenal" komandasının sabiq futbolçusu Cek Uilşir Çempionşip təmsilçisi "Norviç Siti"nin müvəqqəti baş məşqçisi təyin olunub.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


33 yaşlı yarımmüdafiəçi bu postda istefaya göndərilən Yohannes Torulu əvəzləyib.


10 il (2008-2018) "Arsenal"ın şərəfini qoruyan Cek Uilşir ötən ildən "Norviç"in məşqçilər korpusunda yer alıb. Onun komandası Çempionşipin başa çatmasına iki tur qalmış 53 xalla 14-cü sıradadır.