Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Ukrayna - Belçika matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi Kevin De Bruyne qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 33 yaşlı futbolçu qarşılaşmanı yüksək səviyyədə keçirib.