Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko haqqında araşdırma başladılıb.

Rekord.az xəbər verir ki, federasiya prezidenti korrupsiyada ittiham olunur.

UEFA İcraiyyə Komitəsinin üzvü olan Pavelko qurumun 2017-ci ildə Ukrayna Futbol Federasiyasına göndərdiyi pulları izah etmək üçün 2018-ci ildən bəri təhqiqatçılarla yazışmalar aparıb.

UEFA məsələylə bağlı açıqlama verməkdən imtina edib. Keçən il “Lillustre” nəşri UEFA-dan Ukraynaya göndərilən pullarla bağlı məqalə dərc edib.

Bundan sonra sözügedən nəşrin jurnalisti Ukraynadan gələn zənglə təhdid olunub. Məsələylə bağlı Pavelko İsveçrə prokurorluğu tərəfindən dindirilmişdi.