Ukrayna idmançılarının Bakıdakı xərcləri İSSF tərəfindən qarşılanacaq
- 28 Mar 2022 20:00
- 531
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (İSSF) Bakıdakı güllə və stend atıcılığı üzrə dünya kubokunda Ukrayna idmançılarının xərclərini qarşılayacaq.
Rekord.az xəbər verir ki, bu barədə İSSF-in rəsmi saytı məlumat yayıb.
Oxşar güzəşt İtaliyanın Lonato şəhərindəki dünya kubokuna, İspaniyanın Qranada şəhərindəki qran-priyə, Cənubi Koreyanın Çxanvon şəhərindəki dünya kubokuna və Misirin paytaxtı Qahirədəki dünya çempionatına da şamil olunacaq.
Bu, Ukrayna Atılıcıl Federasiyasının İSSF-ə müraciətindən sonra gerçəkləşib.
Bakıdakı yarış 27 may-7 iyunda keçiriləcək.